İntellimental Konsaltinq&Psixologiya Mərkəzi

Biznes sahəsi üçün psixologiya əsasında peşəkar İR mütəxəssislər və ixtisaslaşmış psixoloqlar

“İntellimental Konsaltinq&Psixologiya Mərkəzi” psixologiya əsasında biznes konsaltinq xidmətləri göstərməklə məşğuldur. Bundan əlavə korporativ və özəl müştərilər üçün psixoloji konsultasiyalar və qeyri–tibbi psixoterapiya xidmətlərini də təmin edir.
Xidmətlərimizlə bağlı əlavə sualınız var?
Zəng edin və əməkdaşlarımızdan daha ətraflı məlumat əldə edin
Sizi maraqlandıran məqamlar
Ən çox verilən suallar
Psixoloq kimdir? Mif və reallıq.

Mif № 1. Psixoloq ekstrasensdir, insanları daxildən hiss edir və görür.

Əslində isə psixoloqun ekstrasenslər, sehrbazlar, astroloqlar, numeroloqlar, xiromantlar ilə heç bir əlaqəsi yoxdur. Psixoloq – insan ruhundan anlayan, bu sahədə xüsusi biliklərə malik olan, yüksək psixoloji təhsili olan bir mütəxəssisdir.

Mif № 2. Psixoloq həkimdir. Psixoloqa sadəcə xəstə insanlar müraciət edir.

Psixoloqu psixiatrla qarışdırmaq tamamilə yanlışdır. Psixiatr psixi problemləri olan xəstələri dərmanlar vasitəsilə müalicə edir. Psixoloq isə həyatda müvəqqəti çətinliklərlə üzləşmiş sağlam insanlarla işləyir, onlara bu problemlərin həlli üçün yollar göstərərək onları yönləndirir.

Mif № 3. Niyə psixoloqa müraciət etməliyik, problemləri dostlarla və yaxınlarla da müzakirə etmək mümkündür.

Əlbəttə, bu mümkündür! Dostlarla və yaxınlarla söhbət, problemlərin müzakirəsi insana yaxşı təsir edir, amma bu uzunmüddətli olmur. Çünki yaxın insanlar özləri də eyni həssaslığı göstərdikləri üçün vəziyyətə obyektiv yanaşmaları çox çətindir, psixoloq isə neytral bir şəxsdir.

Mif №4. Psixoloji xidmətlər çox bahalıdır, sadə insanlar üçün bu əlçatmazdır.

Psixoloji xidmətlər digər sahələrdə çalışan mütəxəssilər tərəfindən göstərilən xidmətlərlə müqayisədə heç də baha deyil. (Məs: həkim, hüqüqşünas və s.)

Psixoloq seanslarının müddəti nə qədərdir?

Seanslarım müddəti 50-60 dəqiqə təşkil edir. Amma bu mövzuda qarşılıqlı razılaşaraq daha uyğun variant seçmək mümkündür.

Biznes Konstaltinq nədir?

Biznes konsaltinq işin səmərəliliyinin, məhsuldarlığının yüksəldilməsi və şirkətin mənfəətinin artırılması məqsədilə sahibkarlara və rəhbərlərə peşəkar mütəxəssislər tərəfindən göstərilən bir yardım şəklidir.

Biznes konsaltinq xidmətləri kimlər üçün nəzərdə tutulmuşdur?

Biznes konsaltinq xidmətləri işçilərlə qarşılıqlı formada keyfiyyətli münasibətlər quraraq iş səviyyəsini daha da yüksəltmək və eləcə də İR işçi seçimində və işə qəbulunda effektiv nəticələr əldə etmək istəyən rəhbərlər və sahibkarlar üçün nəzərdə tutulmuşdur.

Hansı hallarda konsaltinq şirkətinə müraciət etmək lazımdır?

Konsaltinq şirkətlərinə və biznes konsultantlara adətən aşağıdakı hallarda müraciət olunur:

  • Biznes sahibi artıq sabit şəkildə fəaliyyət göstərən şirkətinin iş effektivliyinin, səmərəliliyinin, gəlirinin və s. artırılmasını istədikdə;
  • Şirkət rəhbərliyi və mütəxəssislərinin metodiki və ekspert yardımına ehtiyacı olduqda;
  • Müəssisənin bir sıra daxili mürəkkəb problemlərinin həll olunmasında çətinliklər və məhdudiyyətlər olduqda;
  • Müəssisə konkret bir layihə həyata keçirmək istədikdə, məs: idarəetmə uçotunun və ya korporativ mədəniyyətin tətbiqi, optimallaşdırma prosesi və s.;
  • Biznes sahibi yeni həll yollarını müzakirə etmək, bu sahədə özünü inkişaf etdirmək və qeyri-adi ideyalar üçün yeni mühitə ehtiyac duyduqda
İnsan Resursları Meneceri üçün psixoloji biliklər nə dərəcədə vacibdir?

İnsan Resursları (İR) Menecer vəzifəsinə namizədlər üçün tələblər arasında psixoloji biliklərə də bəzən rast gəlinir. Psixoloji bacarıqlara və biliklərə yiyələnmək insanlara təsir metodlarını mənimsəmək, həyata keçirmək, kollektivin əmək qabiliyyətinin artırılması, münaqişəli vəziyyətlərdən çıxmaq, işçilərin yaş və peşə ilə bağlı böhran vəziyyətlərinin aradan qaldırıması baxımından çox vacibdir.

Təlimi bitirdikdən sonra təlim iştirakçılarına hansı sənəd verilir?

Təlimi bitirdikdən sonra hər bir mütəxəssisə təlimdə iştirakını və konkret mövzularda bilik və bacarıq əldə etməsini təsdiqləyən sənəd olaraq sertifikat təqdim olunur.

Ən son yeniliklər
Xəbərlər və kampaniyalarımız
barədə son məlumatlar
Bizi həmçinin saytın ən aşağısında qeyd olunan sosial şəbəkə hesablarımızdan da izləyərək ən son yeniliklərdən daha tez xəbərdar ola bilərsiniz.
10 Sentyabr 2020

Covid 19 pandemiyası dönəmində virusa yoluxmuş şəxslərə təmənnasız psixoloji dəstək kampaniyası

Intellimental Konsaltinq&Psixologiya Mərkəzi olaraq, bu çətin keçən Covid 19 pandemiyası dönəmində virusa yoluxmuş şəxslərə müalicə dövründə ödənişsiz əsaslarla…
10 Sentyabr 2020

Saytımızdan birbaşa onlayn zəng sifarişi edin

Artıq saytımıza daxil olaraq onlayn zəng şifarişi verə bilərsiniz. Bunun üçün aşağıdakı Onlayn Zəng butonuna basaraq açılan pəncərədə…
10 Sentyabr 2020

Digər sosial şəbəkələrdə də rəsmi səhifələrimiz aktivdir

Hazırkı dövrdə sosial medianın informasiya yayımında əvəzolunmaz vasitə olduğunu nəzərə alaraq, şirkətimiz haqqında daha dolğun məlumatlar almaq, görülən…