Biznes konsaltinq xidmətləri
Standart biznes konsaltinq xidmətlərindən əlavə təklif olunan hazır optimallaşdırılmış həll yolları təşkilatın idarə olunması sahəsində hədəflərinizə çatmağa kömək edəcəkdir.
Aşağıda qeyd olunmuş iş təkliflərindən faydalana bilərsiniz:
- İnsan Resursları departamentinin idarə edilməsi, səlahiyyətlərin bölüşdürülməsi, şirkət işçilərinin funksional məsuliyyətlərinin tərtib edilməsi, qiymətləndirmə, motivasiya və bonus sistemlərinin yaradılması
- Namizədlərin seçilməsi, işin xüsusiyyətindən asılı olaraq müxtəlif metodlar vasitəsi ilə tələb olunan namizədin psixoloji portretinin tərtib olunması
- İşə qəbul, kadr ehtiyatının yaradılması, qabaqcıl şirkətlərin ixtisaslaşmış peşəkar işçilərinin cəlb edilməsi (head hunting)
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sənədlərin hazırlanması, şəxsi işlərin aparılması
- İşçilərin adaptasiyası və həmin dövrdə işçilərə dəstəyin göstərilməsi
- Rəhbərlik və işçi heyətinin arasında etimadın yaradılması, psixoloji dəstəyin verilməsi
- Biznes konsultasiyalar, rəhbərlər və işçilər üçün fərdi konsultasiyalar, təlimlər və qeyri-tibbi psixoterapiya xidmətinin göstərilməsi
- Müxtəlif psixoloji metodikalar əsasında işçilərin test edilməsi
- Şirkət işçilərinin psixoloji və emosional vəziyyətinin sabitliyinə nəzarətin həyata keçirilməsi
- Komanda ruhunun səviyyəsinin yüksəldilməsinə, iş mühitində effektiv davranış strategiyasını inkişaf etdirməyə, fikir yaratmağa və işçilərin potensialını açmağa yönəlmiş “Team Building” in təşkili və keçirilməsi
- Qrafik və vizual nümunələr istifadə edərək təlimlərin keçirilməsi
- Psixoloji səriştənin artırılması üzrə təlim. İR., kadr və inzibati şöbə və ya idarələrin tam auditi. Audit sənədlərinin hazırlanması, xətaların aradan qaldırılması və struktur-bölmənin effektivliyinin artırılması ilə bağlı tövsiyələrin və yekun audit rəyinin verilməsi
- Şirkətdaxili tədqiqatların aparılması, izahatların düzgün alınması və təhlili, yekun rəyin hazırlanması
- Arxiv və informativ sistemin yaradılması
- Elektron Hökumət portalında işlərin aparılması
- Arxiv sənədlərinin qeydiyyata alınması, düzgün saxlanılması və təhvil-təslimi. Sənədlərin vaxtında işlənməsinin təmin edilməsi, qeydiyyatı, uçotu, saxlanması və müvafiq struktur bölmələrə köçürülməsi
- Aidiyyatı dövlət qurumları üçün sənəd və hesabatların hazırlanması, müvafiq dövlət qurumları ilə əlaqələrin yaradılması
- Kargüzarlıq xidmətlərinin verilməsi, şirkətlərə işçi seçimində və işə alınmasında hər növ dəstəyin verilməsi
- İş prosesi zamanı yaranan hər bir çətinlikdə şirkət işçilərinə peşəkar mütəxəssislər tərəfindən həll yollarının göstərilməsi və məsləhətlər verilməsi
- Müxtəlif tədbirlərin təşkili.